Meyiti tapılan gənc BDU-nun tələbəsi imiş – YENİLƏNİBbackend

Meyiti tapılan gənc BDU-nun tələbəsi imiş - YENİLƏNİB

Bakı bulvarı ərazisində dənizdən 19 yaşlı gəncin meyiti çıxarılıb.

KONKRET.az xəbər verir ki, meyiti tapılan gənc Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin III kurs tələbəsi olub.

İlkin Qənbərli həm də idmançı imiş. O, martın əvvəlindən itkin kimi axtarışda olub.

***

18:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən KONKRET.az-a bildirilib ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*