Mikayıl Cabbarov: Yaşıl və dayanıqlı nəqliyyat sistemlərinə sərmayə qoymalıyıqbackend

Mikayıl Cabbarov: Yaşıl və dayanıqlı nəqliyyat sistemlərinə sərmayə qoymalıyıq

Biz daha dayanıqlı gələcəyi təmin etmək üçün yaşıl və dayanıqlı nəqliyyat sistemlərinə, bərpa olunan enerji mənbələrinin inteqrasiyasına və karbon emissiyalarının azaldılmasına sərmayə qoymalıyıq.

KONKRET.az xəbər verir ki, bunu SPECA İqtisadi Forumu çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi gözardı edə bilməyəcəyimiz qlobal problemdir. Bu məsələ investisiyalar zamanı nəzərə alınmalıdır.

“SPECA proqramı kontekstində enerji əlaqəsi təkcə elektrik enerjisinin ötürülməsi və ya neft və qaz axını ilə bağlı deyil, qlobal əlaqə mərkəzi kimi regionumuzun bütün potensialını açmaq üçün açardır”- nazir əlavə edib./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*