Milli federasiyalar UEFA-dan AVRO-2020-nin təxirə salınmasını xahiş etdibackend

Milli federasiyalar UEFA-dan AVRO-2020-nin təxirə salınmasını xahiş etdi

UEFA-ya üzv olan milli futbol federasiyaları qitə futbol qurumundan Avropa çempionatının təxirə salınmasını xahiş edir.

KONKRET.az bildirir ki, yerli qurumlar koronavirusa görə müvəqqəti dayandırılan daxili çempionatı başa vurmaq üçün AVRO-2020-nin başqa vaxta keçirilməsini gözləyir. Ancaq UEFA prezidenti Aleksander Çeferinin bu təklifə müsbət yanaşmadığı iddia olunur.

Qeyd edək ki, AVRO-2020 12 iyun -12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı “Olimpiko” stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*