Milli Məclisin komitələri bu sıralama ilə İCLAS KEÇİRƏCƏKbackend

Milli Məclisin komitələri bu sıralama ilə İCLAS KEÇİRƏCƏK

“Milli Məclisin ayrı-ayrı komitələri öz işinə başlayıb. Belə ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk payız iclası keçirilib”.

Konkret.az bildirir ki, bunu Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, komitələrin ilk iclaslarının sıralaması belədir:

“Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin, 17-si Mədəniyyət və Elm və təhsil komitələrinin, 18-i Səhiyyə komitəsinin, 20-si isə Aqrar komitənin iclası keçiriləcək.

Bu iclaslarda Milli Məclisin payız sessiyası üçün lazım olan bütün sənədlər, layihələr müzakirə olunacaq. Daha sonra həmin komitələrdə qəbul olunan qərarlar Milli Məclisin payız sessiyasına tövsiyə olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*