Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir – FOTObackend

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.

KONKRET.az xəbər verir ki, vida mərasimində dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edir.

Qeyd edək ki, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər yeri müəyyən olunmayıb.

Bu il sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanıb.

APA

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir - FOTO Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir - FOTO Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir - FOTO Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*