Millimiz Çexiyanı məğlub etdi, yarımfinala yüksəldibackend

Millimiz Çexiyanı məğlub etdi, yarımfinala yüksəldi

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiyanı məğlub edib.

“Tipos Arena”da keçirilən qarşılaşma 5:2 hesabı ilə bitib.

Komandanın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.

Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.

Xatırladaq ki, daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı üstələyib – 3:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*