Millimiz Slovakiya ilə heç-heçə etdibackend

Millimiz Slovakiya ilə heç-heçə etdi

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raundunda son oyununu keçirib.

KONKRET.az xəbər verir ki, yığmamız Slovakiya millisi ilə üz-üzə gəlib.

Xorvatiyanın Osiek şəhərindəki “Gradski vrt Arena”da təşkil olunmuş qarşılaş 3:3 hesabıyla başa çatıb.

Bununla da Azərbaycan millisi C qrupunda mübarizəni 4 xalla başa vurub. Slovakiya isə 1 xalla sonuncu olub.

Qrup qalibi və elit-raunda vəsiqə verən ikinci yerin taleyi saat 23:00-da başlanacaq Xorvatiya – Rusiya matçından sonra müəyyənləşəcək.

Rusiya bu görüşdə qələbə qazana bilməsə, Azərbaycan qrup ikincisi kimi elit-raunda yüksələcək.

DÇ-2020, elit raund

20:00. Slovakiya – Azərbaycan – 3:3

Qollar: Marian Hudek, 9. Matuş Şevçik, 31. Matuş Kiyovski, 40 – Rafael Vilela, 17. Matuş Kiyovski, 29 (öz qapısına). Bolinya, 40

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*