Milyonların sevimlisi olan azərbaycanlı məşhurlar – FOTOLARbackend

Milyonların sevimlisi olan azərbaycanlı məşhurlar - FOTOLAR

Dünyanın bir çox ölkələrində azərbaycanlılar öz istedadı, bacarığı və peşəkar fəaliyyəti ilə sahəsindən aslı olmayaraq, müxtəlif nailiyyətlər əldə edirlər.

Konkret.az xaricdə yaşayıb və orada uğur əldə edən azərbaycanlıları sizə təqdim edir.

Rauf və Faiq Mirzoyev (Rauf & Faik), 20 yaş, musiqiçi.

MDB ölkələrində məşhur olan əkiz qardaşlar duetləri ilə diqqət çəkməyi bacarıblar. Qardaşlar Rusiyanın İjevsk şəhərində, azərbaycanlı ailəsində anadan olublar. Onların babası Azərbaycanın opera müğənnisi, Bakı Opera və Balet teatrının rejissorudur.

Bəxtiyar Məmmədov, 25 yaş, müğənni.

Bəxtiyar Məmmədov, ya da Cah Xalib – Qazaxıstanda yaşayan azərbaycanlı, rusdilli reper, müğənni, mahnı müəllifidir. İfaçı təkcə Qazaxıstanda və Azərbaycanda deyil, xaricdə də məşhurdur. Onun beş albomu, altıdan çox videoklipi var. Bundan başqa Bəxtiyar şou-biznesdə yaradıcı işlərdə aktivlik nümayiş etdirir.

HammAli və Navai adı ilə Rusiya şou-biznesində tanınan Aleksandr Əliyev və Nava Bəkirov.

Onlar etnik azərbaycanlılardır. Kifayət qədər fanat ordusuna malik olan gənc repçilər bütün MDB ölkələrində həm tanınırlar, həm də mahnıları gənclər tərəfindən sevilir. Onlar hər il “Jara” beynəlxalq musiqi festivalında iştirak edir, yeni hitlərini ifa edirlər.

Gənclər tərəfindən rəğbətlə qarşılanan daha bir məşhur ifaçı isə Jony kimi tanınan Cahid Hüseynlidir.

O, əslən azərbaycanlı olsa da, uşaqlıqdan Rusiya paytaxtında yaşayır. Jony gənc yaşlarından musiqiyə can atsa da, atası oğlunun bu istəyinə mane olub. Lakin o, yenə də xəyalından vaz keçməyib və ifalarını “İnstagram”da yayımlayıb. Bununla da Jony, izləyicilərin diqqətini cəlb edib. “Raava” musiqi şirkəti ilə işləməyə başlayan ifaçı, internet xaricində də tanınmağa başlayıb. Hazırda Cahid Hüseynli yaşıdları arasında ən populyar musiqiçilərdə sayılır.

 

Həzin trekləri ilə gənclərin qəlbində taxt qurmağı bacaran daha bir ifaçı Ellaidir.

Əslən azərbaycanlı Elvin Əliyev Krımın paytaxtı Simferopol şəhərində boya-başa çatıb. Ellainin musiqi istedadı babasından və atasından keçib. Babası şair, atasının isə öz musiqi qrupu olub. Gənc yaşlarından Ellai qərar verib ki, musiqiçi olacaq. O, əvvəlcə amerikalı repçilərin sənəti ilə maraqlanmağa başlayıb. Sonra isə Sankt-Peterburq musiqi qruplarının fəaliyyəti ilə tanış olub. Məzun olduqdan sonra istedadlı müğənni 2009-cu ildə Tematik “beatmaker” ilə görüşüb və musiqi karyerasına start verib. Ellai, “Aşiq əcnəbilər yoxdur”, “Zaman gəldi”, “Hər şey əllərimdədir” mahnılarının yayımlanmasından sonra şöhrət qazanıb. Musiqiçinin bir neçə albomu var.

Hüseyn Həsənov, 25 yaş, blogger və iş adamı.

Hüseyn Həsənov ile ilgili görsel sonucu

O, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloggerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloggerlərdən biridir. Onu 11 milyondan çox “İnstagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov durmadan müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirməkdə davam edir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.

Rəşad Əliyev

 

 

 

 

(Oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*