Türkiyənin dövlət sənətçisi, klassik türk musiqisinin ifaçısı, professor Ələddin Yavaşca 95 yaşında vəfat edib.
KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə TRT-nin Musiqi koordinatoru Kənan Bölükbaş tviter hesabında bildirib.

Ələddin Yavaşca 1926-ci il martın 1-də Türkiyənin Kilis şəhərində anadan olub. 1951-ci ildə İstanbul Universitetiinin Tibb fakültəsini bitirib. Bir sıra hospitalda həkim və rəhbər vəzifələrdə işləyib. O, ilk musiqi əsərinin 1951-ci ildə bəstələyib. Ələddin Yavaşcanın dini və dindən xaric, saza aid 600-dən artıq musiqi bəstəsi var. O, ABŞ, Böyük Britaniya, Almaniya və bir çox ölkələrdə konsert proqramaları ilə çıxış edib.
