Mina partlayışında həlak olan hərbçilərimizin FOTOLARIbackend

Mina partlayışında həlak olan hərbçilərimizin FOTOLARI

Xəbər verdiyimi kimi, Azərbaycan Ordusuna məxsus “KamAZ” markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində 2 hərbçimiz həlak olub.

Yenisabah.az xəbər verir ki, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

Hadisə sentyabrın 24-ü saat 17:35 radələrində Ağdam rayonunda baş verib.

Qeyd edək ki, polkovnik-leytenant Əkrəm Şadmanov “N” saylı hərbi hissəsinin qərargah rəisi olub. O, əslən Kəlbəcər rayonundandır.

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*