Mirziyoyev Özbəkistanda qalma qaydalarını pozan əcnəbilərin cərimələrini 10 dəfə azaltdıbackend

Mirziyoyev Özbəkistanda qalma qaydalarını pozan əcnəbilərin cərimələrini 10 dəfə azaltdı

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 5-də ölkənin Cinayət Məcəlləsinə və İnzibati Məsuliyyət Məcəlləsinə dəyişiklikləri imzalayıb.

Özbəkistanda olmaq qaydalarının pozulmasına, ilk növbədə qeydiyyata alınmamasına və vaxtında qeydiyyata alınmamasına görə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən cərimələri 10 dəfə azaltmaqla yanaşı, miqrasiya qaydalarının dəfələrlə pozulmasına görə cəza tədbirləri ləğv edilib. Yeni qaydalar həm turistlərə, həm qonşu ölkələrdən gələn qonaqlara şamil olunur.

Əvvəllər Özbəkistan Cinayət Məcəlləsinin 224-cü maddəsi əcnəbiləri yuxarıdakı qaydaların təkrar pozulmasına görə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə hədələyirdi. Cərimələr isə 70 dollardan cəmi 7 dollara endirilib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Ölkədə əcnəbilərin qeydiyyata alınması qaydaları Orta Asiya ölkələri arasında ən çətinlərdən idi. Bir əcnəbi, o cümlədən bir turist ölkəyə gəldikdən sonra üç gün ərzində yerli polisdə qeydiyyatdan keçməli idi. Eyni zamanda, qonaqlara Özbəkistanda yaxın qohumluq əlaqələri olsa da, şəxslərin ünvanlarında qeydiyyatdan keçmək qadağan edilirdi.

Ötən yay, bir aya qədər ölkəyə gələn əcnəbilərin qeydiyyata alınması qaydaları bir qədər asanlaşdırıldı və “Emehmon” sistemi vasitəsi ilə elektron qeydiyyatdan keçmək mümkün oldu. Ancaq uzunmüddətli müvəqqəti yaşamaq icazəsi almaq hələ də bir əcnəbidən çox sayda sənəd tələb edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*