Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Rusiya münasibətlərini şərh etməkdən boyun qaçırıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Ermənistan-Rusiya münasibətləri barədə heç nə deyə bilmərəm”, – deyə İrəvan merliyinə namizəd Tiqran Avinyanın seçki kampaniyası çərçivəsində keçirilən mitinqdə iştirak edən Xarici İşlər Nazirliyinin rəhbəri jurnalistlərə deyib.
Nazir Bakının təkliflərinin hansı məqamlarının Ermənistan tərəfində fikir ayrılığına səbəb olması ilə bağlı suala belə cavab verib:
“Bu, dərhal şərh edilə bilən məsələ deyil”.
Günel Mikayılova,
KONKRET.az