Misir mediası məlumat yaydı: Qəzza ilə İsrail sərhədində bir ilk! Yardım maşınları gəlməyə başladıbackend

Misir mediası məlumat yaydı: Qəzza ilə İsrail sərhədində bir ilk! Yardım maşınları gəlməyə başladı

Qəzza zolağının cənubundakı Rəfah şəhərinə ilk dəfə olaraq yardım maşınları daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə Misir mətbuatı məlumat yayıb. Məlumata görə, maşın karvanı Kerem Əbu Səlim Sərhəd Qapısından girməyə başlayıb.

Misirdə kəşfiyyata yaxınlığı ilə tanınan Qahirə əl-İxbariyye televiziya kanalının X platforması 4 yanacaq tankerinin də olduğu humanitar yardım maşınlarının Qəzza zolağına daxil olduğu anın fotoşəkillərini dərc edib.

Fələstin mənbələrindən alınan məlumata görə, yardım maşınları Misir tərəfdən Kerem Əbu Səlim keçidinə doğru hərəkət edib.

Eyni mənbələrə görə, yardım Fələstin tərəfinə göndərilməzdən əvvəl İsrail tərəfindən sərhəd qapısında araşdırılıb.

Bildirilib ki, yardım maşınları BMT-yə çatdırılacaq, daha sonra Fələstin-Misir sərhədi boyunca Filadelfiya dəhlizi vasitəsilə Rəfah şəhərinin qərbindəki “Tel əs-Sultan” bölgəsinə çatdırılacaq.

Hazırda Qəzza zolağına daxil olması gözlənilən hər biri 15-20 ton arasında olan yardım daşıyan 200 TIR-dan 4-ü yanacaqla doludur.

Qeyd edək ki, mayın 6-da İsrail ordusu məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını tələb edib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçdiyini açıqlayıb.

Mısır medyası duyurdu: Gazze ile İsrail sınırında bir ilk! Yardım tırları girmeye başladı - 3. Resim

Bu prosesdən sonra Refah Sərhəd Qapısı tamamilə bağlanıb və xəstəxanalar başda olmaqla bir çox sektorda xidmətlər dayanıb.

Beynəlxalq yardım təşkilatları və BMT agentləri fələstinli mülki əhalinin Qəzzanın bəzi bölgələrində aclıqla üzləşdiyi barədə xəbərdarlıq edir.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 239-u uşaq, 10 min 93-ü qadın olmaqla 35 min 903 fələstinli həlak olub, 80 min 420 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Beynəlxalq Ədalət Məhkəməsinin hücumlarını dərhal dayandırmaq qərarına baxmayaraq, İsrail ordusu Rəfah şəhərinə hücumlarını davam etdirir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*