Misirdə rusu yeyən köpəkbalığına Kiyevdə abidə UCALDILACAQbackend

Misirdə rusu yeyən köpəkbalığına Kiyevdə abidə UCALDILACAQ

Misirin Xurqada kurort şəhərində Rusiya vətəndaşını öldürən köpəkbalığına Ukraynada abidə qoyulması üçün petisiya əsasında imza toplanır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Kiyev şəhər administrasiyasının saytında dərc olunub.

Belə ki, Ukrayna paytaxtının tarixi mərkəzində dəniz yırtıcısı formasında abidə-fəvvarənin quraşdırılmasını nəzərdə tutur.

Məlumata görə, hazırda petisiyanı 756 nəfər imzalayıb. Şəhər rəhbərliyi tərəfindən baxılması üçün əlavə altı min imza toplanmalıdır.

Xatırladaq ki, iyunun 8-də Misirin məşhur Xurqada kurort şəhərinin çimərliyində köpəkbalığı kişiyə hücum edib. Faciənin baş verdiyi çimərlik “Dream Beach Hotel”ə məxsusdur. Ölən şəxs 23 yaşlı Rusiya vətəndaşıdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*