backend

Misirlilər Sisiyə qarşı meydanlara axın etdi – FOTO - VİDEO

Hakimiyyətə dövlət çevrilişi ilə gələn Əbdül Fəttah əs-Sisinin ölkəni yaxşı idarə etmədiyini deyən yüz minlərlə vətəndaş meydanlara axın edib.

Konkret.az xarici mediaya istinadla xəbər verir ki, Misir xalqı artıq gecədən ayağa qalxaraq küçə və meydanlara yürüyüş etməyə başlayıb.

Korrupsiya qalmaqalları ilə Misir və dünyanın gündəmindən düşməyən Sisiyə qarşı xalq sosial media hesablarında qruplaşaraq təşkilatlanıblar. Təşklatçılar bir yerə toplaşdıqdan sonra prezident binasına dorğu yürüyüşə çıxıblar.

Sisinin xalqa etdiyi zülmü hər fürsətdə dilə gətirən Misir müxalifəti insan haqları, fikir azadlığı, məhkəmələrdə müstəqillik, həbsxanalardakı məhkumların həyat şəraitinin yaxşılaşdırılması və ölkəyə yenidən demokratiyanın gətirilməsi kimi haqq və azadlıqlarının müdafiəsinə qalxır.

Firuzə Alimova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*