Mnatsakanyan: “ABŞ Senatı tərəfindən qətnamənin qəbul edilməsi qurbanlara ehtiram əlamətidir”backend

Mnatsakanyan: "ABŞ Senatı tərəfindən qətnamənin qəbul edilməsi qurbanlara ehtiram əlamətidir"

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ABŞ Senatı tərəfindən qətnamənin qəbul olunmasını ədalət, həqiqət və erməni soyqırımının tanınması yolunda qətiyyətli addım adlandırıb.

“ABŞ Senatı erməni soyqırımını tanıyan və qınayan 150-ci qətnaməni yekdilliklə qəbul etdi. Bu qərar ədalət, həqiqət və erməni soyqırımının tanınması yolunda qətiyyətli bir addımdır, qurbanlara və onların ləyaqətlərinə hörmətdir. Senator Robert Menendesə, Ted Kruza və ABŞ Senatının bütün üzvlərinə təşəkkür edirik”, – deyə Zöhrab Mnatsakanyan öz Twitter hesabında yazıb.

KONKRET.az xatırladır ki, dünən gecə ABŞ Senatı yekdilliklə 1915-ci il erməni soyqırımını tanıyan qətnamə qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*