Moldova Azərbaycan vətəndaşını Rusiyaya EKSTRADİSİYA ETDİbackend

Moldova Azərbaycan vətəndaşını Rusiyaya EKSTRADİSİYA ETDİ

Moldova Azərbaycan vətəndaşını Rusiyaya ekstradisiya edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Kişinyov hava limanında qətl və digər ağır cinayətlərdə təqsirləndirilən, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Vüsal Vahid oğlu Əliyev Rusiya tərəfinə təhvil verilib.

Məlumata görə, o, 2021-ci ilin fevral ayında Leninqrad vilayətinin Şlisselburq şəhərindəki kafelərdən birində bir nəfərin ölümü ilə nəticələnən silahlı insidentdə iştirak edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin dörd maddəsi ilə ittiham olunur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*