Monqolustanda pensiyaçıların bütün kredit borcları silinəcəkbackend

Monqolustanda pensiyaçıların bütün kredit borcları silinəcək

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Ölkə başçısının rəhbərlik etdiyi Monqolustan Milli Təhlükəsizlik Şurası ölkədəki pensiyaçıların bütün kredit borclarını silinməsinə qərar verib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Monqolustan Prezidenti Xaltmaa Battulqa qərarı 31 dekabr media vasitəsilə xalqına Yeni il təbriklərini çatdırarkən elan edib.

Ölkə Prezidenti deyib: “Monqolustan Milli Təhlükəsizlik Şurasının pensiyaçılara kömək məqsədi ilə kredit borclarının silinməsi barədə qərarı sizlərə çatdırmağa çox xöşbəxtəm …”

Monqolustanda pensiya alan 380 mindən çox yaşlı və statistikaya görə, yarısından çoxunun kredit borcları var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*