Yataqxanada tələbə həyatını itirdi – universitetdən açıqlamabackend

Yataqxanada tələbə həyatını itirdi - universitetdən açıqlama

Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib.

KONKRET.az xəbər verir ki, Universitet rəhbərliyi baş vermiş hadisədən dərin hüzn keçirdiyini bildirib və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verib.

“Hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək. Xahiş edirik, araşdırmanın obyektivliyinə və ailənin həssas vəziyyətinə hörmətlə yanaşılsın”, – deyə ATU-nun məlumatında bildirilir.

Qeyd edək ki, Elviranın ölüm səbəbi kimi qeyri-rəsmi olaraq ürək çatışmazlığı, dəm qazından boğulma və intihar versiyaları səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*