“Moskva Bakı ilə İrəvanın sülh müqaviləsi bağlamasına kömək edəcək” – Rusiya XİNbackend

“Moskva Bakı ilə İrəvanın sülh müqaviləsi bağlamasına kömək edəcək” - Rusiya XİN

“Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına aktiv kömək edəcək”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvan nümayəndələri ilə daimi əlaqə saxlayır və yerlərdə əməliyyat vəziyyətinə dair aktual məlumatlar hər gün Rusiya Müdafiə Nazirliyinin bülletenlərində dərc olunur:

“Biz üç ölkənin liderləri arasında mövcud razılaşmalara, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylərimizi davam etdiririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*