“Bu gün səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına pilotsuz təyyarələrin zərbələri qeydə alınıb. Ciddi dağıntılar və qurbanlar yoxdur”, – Sobyanin yazıb.
KONKRET.az xəbər verir ki, dronlardan biri Moskvanın Lixaçov prospektində yerləşən biznes mərkəzinin binasına düşüb.
“Partlayış oldu. Hadisə nəticəsində ilkin məlumata görə, ölən və xəsarət alan olmayıb”, – TASS-da qeyd olunub.
