Moskvada bomba xəbərdarlığı: Hər kəs təxliyə edildibackend

Moskvada bomba xəbərdarlığı: Hər kəs təxliyə edildi

Moskvanın Basmannı Məhkəməsinə bomba qoyulması ilə bağlı anonim məlumat daxil olub.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:

“Məhkəməyə elektron poçt vasitəsilə binaya partlayıcı qurğu qoyulması ilə bağlı anonim məlumat daxil olub. Bununla bağlı məhkəmə binasından əməkdaşlar və ziyarətçilər təxliyə edilib”.

Bildirilib ki, hadisə yerinə kinoloqlar və xilasedicilər gəlib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*