Moskvada yaşayan keçmiş DTK sədri Vaqif Hüseynov VƏFAT ETDİbackend

Moskvada yaşayan keçmiş DTK sədri Vaqif Hüseynov VƏFAT ETDİ

Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Vaqif Hüseynov Rusiyada dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, o, bu gün 82 yaşında vəfat edib.

Qeyd edək ki, V. Hüseynov 1989-1991-ci illərdə Azərbaycan DTK-nın sədri, uzun müddət Kommunist Partiyasının Bakı şəhər üzrə birinci katibi, Azərbaycan SSRİ Olimpiya Komitəsinin sədri və digər vəzifələrdə çalışıb.

Hüseynov DTK sədri olduğu zaman bir neçə saxtakarlıqlarda ittiham olunub. Onun bir erməni zabitinin və arvadının pasportunu dəyişərək azərbaycanlaşdırdığı da ittihamlar arasındadır. Bu və digər cinayətlərinə görə, 90-cı illərdə Respublika Prokurorluğu Rusiyadan onun ekstradisiyanı tələb edib. Lakin V. Hüseynov 1995-ci ildə Rusiya vətəndaşlığını aldığı üçün bu tələb təmin edilməyib.

Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Qubada anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda – AzTV kanalında, “Sport”, “Molodyoj Azerbaydjana” “Olimpiyskaya Panorama” qəzetlərində fəaliyyət göstərib.

O, 1997-ci ildə Moskvada tanınmış “Rosbalt” informasiya agentliyini yaradıb. Ölənədək agentliyin Direktorlar Şurasının sədri, eyni zamanda Strateji Dəyərləndirmə və Təhlil İnstitutunun direktoru olub.

Nazim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*