2026-cı ilin əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenskiyə süni intellekt elementləri ilə təchiz olunmuş pilotsuz uçuş aparatları dəstəsindən istifadə etməklə Moskva hava limanlarına hücum planı təqdim edilib.
KONKRET.az xəbər verir ki, bu barədə The Atlantic nəşrinin jurnalisti Simon Şusterin mənbələrə istinadən məlumat yayıb.
İddialara əsasən, “M&Ms” kod adlı əməliyyatın məqsədi Moskvanın hava məkanını uzun müddət mülki aviareyslər üçün bağlamaq və Rusiya paytaxtına uçuşları davam etdirən beynəlxalq aviaşirkətlərə təzyiq göstərmək olub.
Mənbələrin sözlərinə görə, Zelenski planla bağlı tərəddüdlərini ifadə edib və mülki təyyarələrin dron zərbələrinin hədəfinə çevrilə biləcəyindən narahatlığını bildirib.
Bununla yanaşı, Zelenski Ofisinin adının açıqlanmasını istəməyən nümayəndəsi belə bir planın hazırlandığını təkzib edib. The Atlantic yazır ki, jurnalistin digər həmsöhbətləri isə əməliyyatın müzakirəsinin iyul ayında, Ukraynanın müdafiə naziri Mixail Fedorovun vəzifədən azad edilməsi fonunda dayandırıldığını bildiriblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
