“Moskva və Avropasız sülh müqaviləsi imzalanmayacaq”: Bəs nəticə necə olacaq? – ÖZƏLbackend

"Moskva və Avropasız sülh müqaviləsi imzalanmayacaq": Bəs nəticə necə olacaq? - ÖZƏL

Mayın 25-də Əliyev və Paşinyanın Putinlə görüşü olacaq. Bu barədə Ermənistanın baş naziri çıxışında açıqlayıb. Bəs görəsən, Brüssel görüşünün ardından bu dialoqdan gözləntilər nədir? Görüşdə hansısa konkret nəticələrin əldə olunacağı ilə bağlı müsbət proqnoz vermək mümkündürmü?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, əgər görüş keçirilirsə və müzakirə ediləcək mövzular varsa, yaxud tərəflər qarşılıqlı dialoqa razılıq verirsə, deməli burada müsbət məqamlar var: “Həm Avropa, həm də Rusiya istiqamətində görüşlərin intensivləşməsi nəticədə sülh müqaviləsinin imzalanmasına, yaxud onun şərtlərinin razılaşdırılmasına gətirib çıxaracaq. Hesab edirəm ki, Moskva görüşündə Brüssel danışıqlarından fərqli məsələlər müzakirə ediləcək. Əgər bu görüşlər bir-birinin davamı olsaydı, o zaman xarici işlər nazirləri yox, birbaşa dövlət rəhbərləri dialoq aparardılar. Əgər XİN başçıları görüşürlərsə, deməli burada prezidentlərin razılaşdırmalı olduğu məsələlər var. Düşünürəm ki, Vaşinqton, Brüssel və Moskva görüşləri silsilə xarakter daşıyır və burada bir-birindən fərqli mövzular müzakirə olunur. Moskva özü üçün önəmli olan müəyyən şərtləri irəli sürür. Hansı ki, bu şərtlər Rusiya sülhməramlılarının Qarabağda qalmasına xidmət edir. Amma Avropa İttifaqı tamamilə fərqli şərtlərlə çıxış edir. Qərb ümumiyyətlə bu qarşıdurmanın birdəfəlik bitməsini və Rusiyanın regiondan çıxmasını istəyir. Ona görə də, nə Moskvasız, nə də Avropasız sülh müqaviləsini imzalamaq mümkündür. Hesab edirəm ki, hər iki tərəf Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşüb ortaq məxrəcə gələcək”.

Əlimusa İbrahimov: İran itirilmiş imkanları geri qaytarmağa çalışacaq - 25.02.2016, Sputnik Azərbaycan

Politoloqun sözlərinə görə, bu görüşlərin nəticəsidir ki, Avropada Paşinyan Azərbaycanın suverenliyini tanıdığını bəyan etdi və ərazimizlə bağlı konkret rəqəm söylədi: “Eyni zamanda rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünü tanıyır. Bu öz-özlüyündə müsbət haldır və artıq müəyyən nəticələrin olduğundan xəbər verir. Hesab edirəm ki, Moskva görüşündə konkret nəticə əldə olunmayacaq və hansısa müqavilə imzalanmayacaq. Nəticələrə varmaq üçün hələ müəyyən zaman keçməlidir. Bu ilin sonuna hansısa konkret nəticənin əldə olunacağını proqnozlaşdırıram. Heç bir görüşdə birdən-birə nəticə əldə olunmur. Bunlar hamısı uzun sürən prosesdir. Moskava görüşündə hansısa sənəd imzalanmasa da, bu dialoq sülhə gedən yolda böyük töhfə verəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*