Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanıldıbackend

Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanıldı

Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 2000 manat dəyərində motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən N.Əliyev saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində də talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək içərisində nağd pul, bank kartları və şəxsi sənədləri olan çantasının oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən Ə.Əliyev də saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*