“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu İstanbul klubuna keçməyə razı salmaq üçün ona zəng edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Fotomac” məlumat yayıb.
Portuqaliyalı mütəxəssis “Fənərbağça”nın idarə heyətindən həmyerlisini razı salmağa diqqət etməsini də şəxsən istəyib.
Türkiyə klubunun idman direktoru Mario Branko “Əl-Nassr”la danışıqlara başlayıb.
Məlik,
KONKRET.az