Mübariz Mənsimov Azərbaycanda “media holdinq”i satın alıb? — ŞOK FAKTLARbackend

Mübariz Mənsimov Azərbaycanda "media holdinq"i satın alıb? — ŞOK FAKTLAR

Azərbaycan dövlətinə külli miqdarda borcu olan qalmaqallı iş adamı Mübariz Mənsimov ölkə mediasını pulla ələ almağa çalışır.

KONKRET.az-ın Demokrat.az-a istinadən məlumatına görə, bir neçə gün öncə Mübariz Mənsimov Azərbaycanda fəaliyyət göstərən bir neçə KİV rəhbərinə adının təmizə çıxarılması və ictimai müdafiəsi üçün ayrı-ayrı məbləğlərdə pul göndərib.

Pul vəsaiti Mübariz Mənsimovun yaxın adamı tərəfindən sözügedən media rəhbərlərinə çatdırılıb.

Mübariz Mənsimovun yaxın adamı həmin media rəhbərləri ilə görüş zamanı onlardan iş adamının müdafiəsinin təşkil olunmasını, Mübariz Mənsimov barəsində “türkçü”, “mübariz” və “xeyriyyəçi” obrazlarının yaradılmasını xahiş edib.

Saytın məlumatına görə, Mübariz Mənsimovun pul göndərdiyi KİV-lər arasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun himayə etdiyi “media holdinq” də var.

Əldə olunan məlumatların həqiqi olduğunu sübuta yetirən məqamlar mövcuddur. Belə ki, bir neçə gün öncə həmin media orqanında Mübariz Mənsimovun müdafiəsinə hesablanan sifarişli məqalə dərc olunub. Bununla bir daha sübut olunur ki, Mübariz Mənsimov öz kirli keçmişini sözügedən KİV-lər vasitəsilə təmizləməyə çalışır.

Doğrudur, həmin məqalə artıq saytdan silinib, ancaq bu, onların pul müqabilində Azərbaycan dövlətini hədəfə alan dələduz Mübariz Mənsimovla separatçı əlaqələrinə bəraət qazandıra bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*