Müdafiə Nazirliyi hərbçilərin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.
“Nazirlikdən KONKERT.az-a verilən məlumatda bildirilir ki, noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçu yüngül xəsarət alıb.
Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.
