Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır.
KONKRET.az-a bu barədə Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, yayılan məlumatlar təxribat xarakteri daşıyır.
