Müddət uzadıldı: İyulun 1-ə qədərbackend

Müddət uzadıldı: İyulun 1-ə qədər

Koronavirus (COVID-19) pandemiyasının davam etməsi, habelə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi “Buta Airways” aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar olaraq, iyulun 1-nə qədər uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

KONKRET.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, alternativ olaraq sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur.

Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*