Müharibə anonsu verilmişdi: iki ölkə hazırlığa başladı – On minlərlə əsgər…backend

Müharibə anonsu verilmişdi: iki ölkə hazırlığa başladı – On minlərlə əsgər…

Rusiya Silahlı Qüvvələri mayın 19-21-də nüvə qüvvələrinin hazırlanması və istifadəsi ilə bağlı təlim keçirəcək.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə Strateji Raket Qüvvələri, Şimal və Sakit Okean donanmaları, Uzaqmənzilli Aviasiya Komandanlığı, həmçinin Leninqrad və Mərkəzi hərbi dairələrinin bəzi bölmələri cəlb olunub.

Məqsəd rəhbər heyətin hazırlığını artırmaq, qoşunların idarə olunmasını təkmilləşdirmək və potensial təhlükələrə qarşı hazırlığı yoxlamaqdır.

Təlimlər zamanı nüvə qüvvələrinin döyüş hazırlığı, raket buraxılışları və hərbi hissələrin təminatı üzrə tapşırıqlar icra ediləcək. Manevrlərə 64 mindən çox hərbçi, 7800-dən artıq texnika və 200-dən çox raket sistemi cəlb olunub.

Belarusda yerləşdirilən nüvə silahlarının istifadəsi ilə bağlı məsələlər də sınaqdan keçiriləcək.

Qeyd edək ki, Belarus Müdafiə Nazirliyi bir gün əvvəl Rusiya ilə birgə nüvə təlimlərinə başladıqlarını açıqlamışdı. Bundan əvvəl isə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibəyə hazırlaşdığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*