“Finlandiyanın təhlükəsizliyinə birbaşa təhdid yoxdur, baxmayaraq ki, finlər müharibəyə öyrəşməlidirlər. Çünki müharibə bizim sərhədlərə qədər yaxınlaşa bilər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Finlandiya prezidenti Aleksandr Stubb Rusiyanın “Olenya” hava limanının Finlandiya sərhədi yaxınlığında həyata keçirdiyi uçuşları şərh edərkən bildirib.
“Biz öyrəşməliyik ki, Ukrayna bu müharibədə qalib gəlmək üçün bütün vasitələrdən istifadə etməlidir və bu, müxtəlif növ zərbələr deməkdir. Rusiya hibrid zərbələrini davam etdirəcək”, – deyə Finlandiya prezidenti vurğulayıb.
Stubbın sözlərinə görə, o, Finlandiyanın baş naziri və İsveçin baş naziri Ulf Kristersonla Rusiya hava limanına hücumla bağlı danışıb.
“Əsas mesaj odur ki, bizim Finlandiyada narahat olmağa heç bir əsasımız yoxdur. Biz vəziyyəti izləyirik və reaksiya verə bilərik”, – deyə Finlandiya prezidenti fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az