Müharibə dövründə bir qrup erməni məmurun ABŞ və Avropaya qaçış planı baş tutmayıb – ŞOK TƏFƏRRÜATLARbackend

Müharibə dövründə bir qrup erməni məmurun ABŞ və Avropaya qaçış planı baş tutmayıb – ŞOK TƏFƏRRÜATLAR

Müharibə zamanı “Mənim Addımım” fraksiyasının millət vəkilləri və səlahiyyətliləri ABŞ səfirliyinə viza üçün müraciət etsələr də, rədd edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Aysor.am” Teleqram kanalı məlumat yayıb. Məlumatda deyilir ki,  “Artıq bir sıra Avropa ölkələrinin konsulluqları müalicə adı ilə hər hansı bir Avropa ölkəsinə getmək istəyən Ermənistan vətəndaşlarına viza verməkdən imtina edib. Məsələ burasındadır ki, Avropa ölkələrinin konsulluqlarına sağlamlıqlarındakı problemlə bağlı müraciət edənlər əslində ölkəni tərk etmək üçün bundan bir bəhanə kimi istifadə edirlər. Ermənilərin ölkədən qaçmasının birinci səbəbi müharibədirsə, ikincisi səbəbi Ermənistanda yaranan qeyri-sağlam atmosfer və çətin daxili iqtisadi-siyasi vəziyyətdir”.

Xəbərdə daha sonra deyilir: “Məlum olduğu kimi, Avropa ölkələrinin konsulluqları “adi” vətəndaşlara viza vermir. Ərizə sahibinin diplomatik pasportu və yaxud normal dolanışığı olmalıdır. Təsadüfi deyil ki, müharibə zamanı ABŞ səfirliyinə müraciət edənlər arasında “Mənim addımım” fraksiyasının bir sıra deputatları və bir neçə yüksək ranqlı məmur olub. Amma onların müraciəti ABŞ tərəfindən rədd edilib. Təəssüf ki, ABŞ səfirliyinə neçə müraciətin xəstəliklə, neçə müraciətin isə  “iş məqsədi ilə” edildiyini müəyyən edə bilmədik. Məlum olansa odur ki, ABŞ-ın Ermənistandakı səfirliyininə edilən müraciətlərin  böyük əksəriyyətinin  tələbi təmin edilməyib”.

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*