Müharibə iştirakçıları pullarını tələb edirlərbackend

Müharibə iştirakçıları pullarını tələb edirlər

Dünən bir qrup müharibə iştirakçısı Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında etiraz aksiyası keçirib. Dörd aydır ki, lazımi dövlət ödənişlərini ala bilməyən döyüşçülər nazirlikdən pullarını tələb ediblər. Müdafiə Nazirliyinə gələnlərin bəziləri bu mövzu ilə bağlı Baş nazirin köməkçisi Nairi Sarkisyanla görüşdüklərini söyləyiblər. Köməkçi problemin həll ediləcəyini və bütün məbləğlərin 10 fevrala qədər ödəniləcəyini bildirib. Ancaq müharibə iştirakçıları buna inanmırlar.

KONKRET.az “Panorama.am”a istinadən xəbər verir ki, müharibə iştirakçıları onları narahat edən problemi yenidən səsləndirmək üçün Müdafiə Nazirliyinə toplaşıblar. “Onlar bizim məsələ ilə məşğul olmaq və həll etmək istəmirlər. Bizə məhəl qoyulmur. Bəs belə haqsızlıq olar? Özləri zəif maaş almırlar, amma heç bir şey etmirlər. Qoy bizim yanımıza gəlsinlər və bu mövzuda nələrin edildiyini danışsınlar“, – deyə etiraz ediblər.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*