Müharibə veteranlarının müavinətləri artırılacaqmı? – Millət vəkilindən AÇIQLAMA….backend

Müharibə veteranlarının müavinətləri artırılacaqmı? - Millət vəkilindən AÇIQLAMA....

Azərbaycanda aztəminatlı, sosial həssas qrupa daxil olan kifayət qədər şəxslər var. O cümlədən Vətən Müharibəsi iştirakçılarının da çoxu bu sosial qrupa daxildir. Yaxın gələcəkdə müharibə veteranlarının müavinətləri artırıla bilərmi? Ümumiyyətlə ölkəmizdə sosial sahədə hansı islahatlar gözlənilir? 

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı referans.az – ın suallarını cavablandıran millət vəkili Vüqar Bayramov bildirib ki,  ölkəmizdə minimum pensiya və minimum əmək haqqının artırılması ilə  bağlı ölkə başçısı tərəfindən göstəriş verilib. Gözlənilir ki, gələn ildən bu istiqamətdə müavinətlərdə artım olacaq.  Dİgər müavinətlərin artırılması ilə bağlı isə təbii ki,  təkliflər formasında təqdim edilən məsələlərdəndir. Milli Məclisdə  həm müharibə iştirakçılarının müavinətlərinin həm də digər müavinətlərin artırılması ilə bağlı təkliflər təqdim edilmişdi.

Millət vəkili  eyni zamanda onu da bildirib ki, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən noyabrın 1-ə qədər minimum əmək haqqının artırılması ilə bağlı təkliflər olsun. Bu konteksdən də həm real fiksal imkanlar həm də naziriliyin təklifləri də nəzərə alınmaqla  gözlənilir ki, bütövlükdə sosial paketin istiqamətləri müəyyənləşəcəkdir.

“Buna görə də hası müavinətlərin artırılması məsələsi ilə əlaqədar yeniliklər güman edilir ki, yaxın dövrlərdə əsasən də sözügedən nazirliyin təkliflərindən sonra mümkün olacaq”,- deyə Vüqar Bayramov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*