“Müharibənin sona yaxınlaşmasının əlamətlərini görmürük” – Zelenskibackend

“Müharibənin sona yaxınlaşmasının əlamətlərini görmürük” - Zelenski

“Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyinə dair heç bir əlamət yoxdur”.

KONKRET.az “UNİAN”a istinadən xəbər verir kİ, bunu ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bu gün genişmiqyaslı müharibənin 72-ci günüdür və biz hələ müharibənin sonunu görmürük. Biz Rusiya tərəfdən bunu başa çatdırmaq üçün heç bir istəyi hiss etmirik və görmürük. Rusiyanın bu müharibə ilə təhrik etdiyi çağırışlara 24 fevraldan bəri elə bir gün olmayıb ki, bizi silahla təmin etmək, Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə çağırış etməyək. Hər gün Mariupolda mühasirədə olan insanlar üçün təhlükəsiz çıxış və “yaşıl dəhliz” üçün danışıqlar aparılmasını istəmişik”, – deyə Zelenski bildirib.

Zelenski vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi bir çox sahələrdə qlobal nəticələrə səbəb olacaq. İlk növbədə, söhbət Yaxın Şərq də daxil olmaqla, yüz milyonlarla insanın ərzaq təhlükəsizliyi üçün çağırışlardan gedir. Zelenskinin sözlərinə görə, regionda əsas ərzaq məhsullarının ənənəvi tədarük zəncirləri pozulub.

Prezident əlavə edib ki, dünya liderləri ilk günlərdə Ukraynanın Rusiya hücumunu dəf etmək qabiliyyətinə dair pessimist gözləntilərə malik olsalar da, bu müharibənin qlobal nəticələrini dərk etməyə başlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*