“Müharibəyə könüllü gedənlərə veteranlıq verilmir” – Aqil Abbasbackend

“Müharibəyə könüllü gedənlərə veteranlıq verilmir” - Aqil Abbas

Deputat Aqil Abbas Vətən müharibəsində könüllü iştirak edənlərə veteranlıq verilməməsi ilə bağlı məsələdən danışıb.

KONKRET.az-ın məlumatına görə, millət vəkili bildirib ki, könüllülərin əlində hərbi biletlərinin nömrəsi, harada döyüşdükləri barədə məlumat var:

“Ancaq onlara deyirlər ki, könüllü gəlmisən. Bəs onda bizi niyə müharibəyə çağırmısınız deyə cavab verirlər.

İndi də onlara veteranlıq vermirlər. Məsələ 80 manatda deyil. Onlar bildirir ki, müharibədə iştirak etdiklərini uşaqlarına da başa salmaq istəyirlər.

Nazirlər Kabineti yanında veteranlarla bağlı xüsusi komissiya yaradılıb. Xahiş edirik ki, bu məsələlərə diqqət yetirsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*