Murad Arifə vəzifə verildi – AÇIQLAMAbackend

Murad Arifə vəzifə verildi - AÇIQLAMA

Bəstəkar-müğənni Murad Arifə yüksək vəzifə verilib.

KONKRET.az xəbər verir ki, sənətçinin “MTV Azərbaycan” telekanalının musiqi depertamentinin direktoru vəzifəsinə təyin edildiyi barədə məlumat dərc olunub.

Məsələ ilə bağlı oxu.az-ın əməkdaşı M.Ariflə əlaqə saxlayıb.

“Sözügedən kanalın musiqi direktoru vəzifəsini icra etmək üçün təklif almışam. Yaxın zamanda məsələ ilə bağlı mediaya geniş açıqlama verəcəyəm”.

O, həmçinin, “YouTube”da məşhurlaşmış “Popumuz var” layihəsinin “İctimai Televiziya”da yayımlanacağını bildirib:

“Bu layihəm iyun ayından “İctimai Televiziya”da efirə çıxacaq.

İlk qonağım isə Xalq artisti Aygün Kazımova olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*