Müsəlman ölkədən İsrailə SÜRPRİZ səfər: Gizlicə gəldilərbackend

Müsəlman ölkədən İsrailə SÜRPRİZ səfər: Gizlicə gəldilər

Misir nümayəndə heyəti İsrail-HƏMAS savaşına son qoymaq məqsədilə razılaşma əldə etmək üçün keçən həftə Təl-Əvivdə olub.

KONKRET.az xəbər verir ki, bu barədə bir Misir rəsmisi Qətərin “Əl-Ərəbi Əl-Cədid” nəşrinə deyib.

Ölkə rəsmisi işlərin hələ də mürəkkəb olduğunu bildirib.

Adı açıqlanmayan mənbə nəşrə söyləyib ki, Qahirə İsrailin əhatəli anlaşma əldə olunacağı təqdirdə quru əməliyyatından sonra Qəzza zolağından tamamilə geri çəkilməyə hazır olub-olmadığını araşdırır.

Bir fələstinli mənbə isə qəzetə bildirib ki, əsir mübadiləsi və atəşkəs razılaşması əldə etmək üçün fələstinli qruplar arasında daxili məsləhətləşmələr hələ də davam edir. (Teleqraf.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*