“Müxalifət Paşinyan və onun komandasına 100 faizlik təhlükəsizlik zəmanəti verməlidir” – Vanetsyanbackend

“Müxalifət Paşinyan və onun komandasına 100 faizlik təhlükəsizlik zəmanəti verməlidir” - Vanetsyan

“Cəmiyyətdə 100 faizlik konsensus formalaşıb ki, bu hökumət getməlidir”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan fikir səsləndirib.

“Mənim şərəfim var” fraksiyasının lideri hesab edir ki, müxalifət Ermənistanın baş naziri Nikol Paşinyan və komandasının fiziki təhlükəsizliyinə 100 faiz təminat verməlidir:

“Bilməlidirlər ki, müxalifət hakimiyyətə gəlsə onlara heç nə olmayacaq. Eyni zamanda araşdırma başlanmalıdır, Paşinyanın günahı sübuta yetirilərsə, o zaman cəzalandırılmalıdır” – Vanetsyan bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə 100 faiz konsensus formalaşıb ki, bu hökumət getməlidir. Eyni zamanda xalq müxalifətdən Paşinyanı əvəz edəcək liderlərin adlarını gözləyir. Məhz buna görə ümumi əhali mübarizədə fəal iştirak etmir. Vanetsyan həmçinin söz verib ki, qarşıdakı günlərdə mübarizə daha da geniş vüsət alacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*