Naira Zohrabyan: “Paşinyan ittihamlardan qorxaraq 5 min oğlanımızın həyatını qurban verdi”backend

Naira Zohrabyan: "Paşinyan ittihamlardan qorxaraq 5 min oğlanımızın həyatını qurban verdi"

“Jurnalist ikən də, millət vəkili olarkən də, baş nazir işləyəndə də həmişə yalan danışırdı. Əvvəlki hakimiyyətlərdən məyus olan insanlar da ona inandılar, ondan ümid gözlədilər. Bu gün həmin insanların tam əksəriyyəti pataloji yalançı ilə qarşılaşdıqlarını başa düşdülər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri deputat Naira Zohrabyan səsləndirib. Baş nazirin son çıxışlarına toxunan Zohrabyan qeyd edib ki, “Paşinyan qələbəmizin mümkünsüzlüyünü əvvəlcədən yaxşı bildiyini etiraf etdi. Ancaq xain adlandırılmaması üçün döyüş əməliyyatlarını davam etdirdi. Başqa sözlə, bu insan ittihamlardan qorxaraq 5 min oğlanımızın həyatını qurban verdi”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*