Naringi qabığı bir çox xəstəliklərin müalicəsində istifadə olunur. C vitamini, kalsium, vitamin B6 və beta karotinlə zəngin olan naringi qabığı antioksidant mənbəyidir. Yüksək qida dəyərinə malik olduğu üçün təbii əlavə kimi istifadə olunur.
KONKRET.az Metbuat.az-a istinadən naringi qabığının faydalarını təqdim edir:
– Tərkibindəki yüksək miqdarda C vitamini, lif və antioksidanlar immuniteti gücləndirir
– Xərçəng şişlərinin yaranmasının qarşısını alır
– Dəridəki sızanaq problemlərini azaldır
– Tərkibində pəhriz lifi olduğu üçün mədə-bağırsaq sağlamlığını dəstəkləyir
– Mədə xəstəliklərinin qarşısını alır
– Bədəndən lazımsız toksinlərin çıxarılmasına kömək edir
– Baş dərisini nəmləndirir və qaşınmanın qarşısını alır
– Tərkibindəki A vitamini göz sağlamlığını dəstəkləyir və göz xəstəliklərindən qoruyur.