Narkotik gətirməyə çalışan Azərbaycan vətəndaşları tutuldubackend

Narkotik gətirməyə çalışan Azərbaycan vətəndaşları tutuldu

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

İyulun 3-də saat 23:27-də 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd naryadının “Dayan!” əmrinə məhəl qoymayan sərhəd pozucuları qaçmağa cəhd göstərdikdən sonra havaya xəbərdarlıq atəşi açılıb və onlar saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakinləri 1981-ci il təvəllüdlü Tarıverdiyev Anar Rafayil oğlu və 1983-cü il təvəllüdlü Carçıyev Sərvər Mehman oğlu olması müəyyən edilib, üzərilərinə baxış keçirilərkən 15 kiloqram 25 qram narkotik vasitə (15 kiloqram marixuana; 25 qram tiryək) aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*