Narkotik üçün pul istəyən oğlunu öldürmüşdü – “Onu xilas edə bilmədim”backend

Narkotik üçün pul istəyən oğlunu öldürmüşdü - "Onu xilas edə bilmədim"

İyunun 3-də Adana şəhərində ailə faciəsi baş verib. Ata narkotik almaq üçün ondan pul istəyən oğlunu öldürüb. 

KONKRET.az xəbər verir ki, hadisədən sonra ata könüllü olaraq polisə təslim olub.

Keçmiş polis olan Faruk Kayhanın sözlərinə görə, narkotik asılısı olan oğlu Ahmet Kaan Kayhan ondan pul istəyib.  Faruk pulu verməyəcəyini bildirəndə 23 yaşlı Ahmet atasına bıçaqla hücum edib. Bu zaman ata üzərindəki silahla oğluniu güllələyərək öldürüb.

Faruk Kayhan hadisədən sonra Təcili Yardım Mərkəzinə zəng edib, məlumat verib və oğlunun meyitinin yanında polisi gözləyib.

“Oğlumu narkotikin pəncəsindən xilas edə bilmədim. Onun qumar borcu da var. Pul istədi və mən ona pul vermədiyim zaman mübahisə etdik. Bir anda qəzəbləndim və özümü itirdim. Çox peşmanam”, -deyə 52 yaşlı Faruk polisə ifadəsində deyib.

  • Narkotik üçün pul istəyən oğlunu öldürmüşdü - "Onu xilas edə bilmədim" (FOTO)
  • Narkotik üçün pul istəyən oğlunu öldürmüşdü - "Onu xilas edə bilmədim" (FOTO)
  • Narkotik üçün pul istəyən oğlunu öldürmüşdü - "Onu xilas edə bilmədim" (FOTO)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*