Nastasin: “Rusiya ABŞ və Yaponiya ilə müharibəyə hazırlaşır”backend

Nastasin: "Rusiya ABŞ və Yaponiya ilə müharibəyə hazırlaşır"

“ABŞ və Yaponiya KXDR, Çin və Rusiyadan gələn təhlükə bəhanəsi ilə Asiya-Sakit okean regionunda genişmiqyaslı silahlı münaqişəyə hazırlaşır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Andrey Nastasin bildirib.

“Biz Vaşinqton və Tokionun hərbi-siyasi ittifaqın möhkəmlənməsini sürətləndirmək üçün atdığı son addımları, o cümlədən, Yaponiyada Amerika kontingentinin idarəçiliyinin modernləşdirilməsinə dair iyulun 28-də dərc edilmiş birgə bəyanatı diqqətlə izləyirik.

Belə görünür ki, KXDR, Çin və Rusiyadan qaynaqlandığı iddia edilən təhdidlərin arxasında gizlənən hər iki tərəf Asiya-Sakit okean regionunda genişmiqyaslı silahlı münaqişəyə hazırlaşır.

Bunun üçün onlar döyüş şəraitində müttəfiqlərin hərəkətlərini istiqamətləndirəcək müştərək qərargah yaradırlar, təlim fəaliyyətini kəskin şəkildə artırmağı planlaşdırırlar və Okinava adasında Amerika hərbi bazalarını genişləndirmək və yeni atəş gücü ilə təchiz etmək niyyətindədirlər.

Bu cür fəaliyyət yalnız Asiya-Sakit okean regionunda gərginliyin səviyyəsini artıra və silahlanma yarışını sürətləndirə bilər.

Biz rəsmi Tokioya mütəmadi olaraq xatırladırıq ki, onun Rusiya sərhədləri yaxınlığında ABŞ, o cümlədən qeyri-regional NATO dövlətləri ilə birgə həyata keçirdiyi təxribat xarakterli fəaliyyətləri müdafiə quruculuğumuzda lazımi qaydada nəzərə alınır. Adekvat cavab tədbirlərinin görülməsi qaçılmazdır.

Biz bu məsələ ilə bağlı çinli və Şimali Koreyalı tərəfdaşlarımızla müvafiq koordinasiya aparırıq”, – deyə o, brifinq zamanı bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*