NATO Ermənistanın üzvlük məsələsini nəzərdən keçirmirbackend

NATO Ermənistanın üzvlük məsələsini nəzərdən keçirmir

NATO hazırda blokun Ermənistan hesabına genişləndirilməsi imkanını nəzərdən keçirmir.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” ya NATO-dan məlumat verilib.

“Cənab Fehlingerin NATO ilə rəsmi əlaqəsi yoxdur. O, NATO əməkdaşı deyil, onun fikirləri özünə məxsusdur və alyansın siyasətini əks etdirmir. “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi” adlanmasına baxmayaraq, alyansın komitəsi və ya orqanı deyil”, – məlumatda qeyd edilir.

Bildirilir ki, alyansın tərəfdaşları NATO ilə münasibətlərinin səviyyəsini özləri müəyyən etməlidirlər.

“Ermənistandan bloka qoşulmaq üçün rəsmi müraciət daxil olmayıb. Alyansa qoşulmağa can atmayan digər tərəfdaş ölkələrlə uzunmüddətli əməkdaşlığı nəzərə alsaq, bu, bizim nöqteyi-nəzərimizdən problem deyil”, – deyə məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*