NATO-nun Baş katibi Orbanı razı saldı – Macarıstan Ukraynaya mane olmayacaqbackend

NATO-nun Baş katibi Orbanı razı saldı - Macarıstan Ukraynaya mane olmayacaq

NATO-nun Baş katibi Yens Stoltenberqlə Macarıstanın Baş naziri Viktor Orban Ukrayna ilə bağlı razılığa gəliblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, razılaşmaya görə Budapeşt NATO-nun Ukraynaya yardım səylərində iştirak etməyəcək, lakin bu ilin iyulunda keçiriləcək sammitdə blokun müvafiq qərarlarına da mane olmayacaq.

“Biz razılaşdıq ki, Macarıstan digər müttəfiqlərin Ukraynaya uzunmüddətli yardım qərarlarına mane olmayacaq, eyni zamanda Macarıstan həmin qərarların icrasında rol almayacaq”, – NATO rəhbəri bildirib.

Bu arada Orban bildirib ki, Macarıstan NATO-nun Ukraynadakı missiyasına qarşıdır, lakin blok üzvlərinin əksəriyyəti bunu dəstəklədiyi üçün bunun qarşısını ala bilmir.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*