“NATO-nun Ukrayna müharibəsinə cəlb edilməsinə qarşıyıq” – Olaf Şolçbackend

“NATO-nun Ukrayna müharibəsinə cəlb edilməsinə qarşıyıq” - Olaf Şolç

“ABŞ və Avropa İttifaqı Şimali Atlantika Alyansını (NATO) Ukrayna münaqişəsinə cəlb etmək cəhdlərinə qarşı çıxacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın federal kansleri Olaf Şolç “The Wall Street Journal”ı üçün yazdığı məqalədə bildirib.

“Biz Rusiya ilə qarşıdurma axtarmırıq”, – deyə o, qeyd edib. Kansler bildirib ki, ABŞ və Aİ “NATO-nu Rusiya-Ukrayna münaqişəsinə cəlb etmək cəhdlərinə müqavimət göstərəcək”.

O həmçinin qeyd edib ki, alyans ölkələri kollektiv müdafiə və təhlükəsizliyin effektivliyini təmin etməlidir. Nümunə kimi o, NATO dövlətlərinin ÜDM-in 2%-ni müdafi xərclərinə yönəltməsi şərtinə əməl etməsini, Avropanın Səma Qalxanı Təşəbbüsünün başlamasını, eləcə də Almaniyanın Litvada döyüş briqadası yerləşdirmək planlarını qeyd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*