NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı qoşunlarını Ukrayna sərhədlərindən çıxarmağa çağırıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Stoltenberq bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
NATO-nun baş katibi Rusiya qoşunlarının Ukrayna sərhədlərindən çıxarılmasını yaranmış böhranın sülh yolu ilə həlli üçün vacib şərt adlandırıb.
O, Şimali Atlantika Alyansının hələ də Moskva ilə “substantiv dialoqa” hazır olduğunu bildirib.
Stoltenberq Rusiya tərəfini Ukrayna böhranı kontekstində “diplomatiya yolunu seçməyə” səsləyib və mənalı dialoqun bütün Avropa dövlətlərinin, o cümlədən Moskvanın təhlükəsizliyini artıracağını diqqətə çatdırıb.
Eyni zamanda, Stoltenberq Moskvanı “NATO-nun genişlənməsini dayandırmaq və alyansın silahlarını şərq cinahında yerləşdirməmək” kimi tələblərdən vaz keçməyə səsləyib.
O, Rusiyanın hər an və xəbərdarlıq etmədən hücuma keçə biləcəyini də xatırladıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
